CƏNUBİ AZƏRBAYCAN FOLKLORU ŞÖBƏSİ - Qiymət Məmmədiyyə qızı Məhərrəmli

Qiymət Məmmədiyyə qızı Məhərrəmli
İş telefonu /faks:
Telefon: (+994 50) 345-60-93, (+994 55) 781-61-72

filologiya üzrə fəlsəfə doktoru

1963-cü il dekabrın 2-də Şəki rayonununVərəzət kəndində anadan olub.
Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu Fərqlənmə diplomu ilə bitirib (1993-1995). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin bakalavr pilləsi (1995-2000) və magistr dərəcəsi üzrə (2000-2002) məzunudur.
“Maarifçi” qəzetində şöbə müdiri, baş redaktor vəzifələrini icra edib (1998-2001).
2001-ci il sentyabrın 24-də AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlayıb, böyük laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.
2007-ci ildə “Şahin Fazil “Divan”ı və klassik ədəbi ənənələr” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, “Filologiya üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb.
2014-cü il noyabr ayının 3-dək Əlyazmalar İnstitutunda işləyən Qiymət Məhərrəmli, həmin tarixdən etibarən AMEA Folklor İnstitutunun “Güney Azərbaycan folkloru” şöbəsində böyük elmi işçi vəzifəsində çalışmağa başlayıb.
1998-ci ildən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, 2008-ci ildən “Elimiz.Günümüz” adlı elmi-ədəbi, mədəni-kütləvi müstəqil qəzetin təsisçisi və baş redaktoru, 2015-ci ildə nəşrə başlayan “Yurd yaddaşı” adlı Türkoloji jurnalın redaktorudur. Elmi, publisistik məqalələri, şeirləri müxtəlif xarici ölkə elmi və ədəbi dərgilərində, yerli jurnal və qəzetlərdə müntəzəm olaraq dərc olunur.
Türkiyə, İran və Gürcüstanda, eyni zamanda ölkəmizdə keçirilən müxtəlif elmi konfrans və simpoziumlarda elmi məruzələrlə müntəzəm olaraq çıxışlar edir.
Xaqani və Şirvan. Beynəlxalq Xaqanişünaslıq konfransı. İran İslam Respublikası, Urmiya Universiteti, 2005 (23-25 may);
Azerbaycan şiirinde millilik ve evrensellik. Türkçenin 8.Uluslararası Şiir Şöleni. Türk Dünyası Şiir Güldestesi, Türkiye Yazarlar Birliği Yayınları. Bakü, 2009 (29 Ekim-1 Kasım);
Poeziyamızın Nizami Gəncəvi möcüzəsi. Meydan (Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin orqanı, elmi-ədəbi, ictimai-publisistik dərgi), 6(11) Tbilisi, 2011;
Çıldırlı Aşık Şenlik “Divan”ına bir bakış. Uluslararası Aşık Şenlik Sempozyumu, Kafkas Üniversitesi – Kars İl Kültür ve Turizm Müdürlüğü, 25-27 Mart, 2012, Kars. Kafkas Üniversitesi Türk Halkbilimi Uygulama ve Araştırma Merkezi Yayınları: 5;
Valeh Hacılar fenomeni və əbədiyaşarlıq. Uluslararası "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası" mövzusunda elmi simpoziumun materialları, Tbilisi, Gürcüstan, 18-21 aprel 2012-ci il. Bakı, «Elm və təhsil», 2012;
Bəxtiyar Vahabzadə poeziyası və milli-mənəvi dəyərlərimiz. I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumunun materialları, Bakı, Qafqaz Universiteti, 13-15 dekabr, 2012;
“Koroğlu” dastanının tariximizdə, ədəbiyyatımızda, mədəniyyətimizdə və məişətimizdə yeri. “Marka şehir Bolu ve I Uluslararası Köroğlu Festivalı”, 27-29 Ekim, 2013, Bolu, Türkiye;
“Koroğlu” dastanındakı qadın surətləri və onlara verilən dəyər. “V Uluslararası Bolu Tarihi, Kültürü və Koroğlu” simpoziumu, 26-28 Eylül, 2014, Bolu, Türkiye...
“Hüseyn Cavid əsərlərində qadın və sevgi”,
“Şəki folklorunun Azərbaycan mədəniyyətində yeri”, “Hafiz Əfəndi kimdir, yaxud Tanrı öz möcüzələrinin açarını hər kəsə etibar etmir” və sair elmi məqalələri elmi nəşrlərdə dərc olunmuşdur.
Azərbaycan dilində 7 şeir kitabı (altısı Bakıda, biri Sankt-Peterburqda), rus dilində (Gürcüstanda) və İranda fars əlifbası ilə şeir kitabları, eyni zamanda bir elmi monoqrafiyası nəşr edilmişdir.
Ailəlidir, 3 oğlu var.