MİFOLOGİYA ŞÖBƏSİ - Seyfəddin Gülverdi oğlu Rzayev

Seyfəddin Gülverdi oğlu Rzayev
İş telefonu /faks: (+994 12) 498-16-21
Telefon: (+994 51) 821-74-70

1961-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub.
1977-ci ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib.
1997-cı ildən filologiya üzrə fəlsəfə doktoru, 2013-cü ildən filologiya elmləri doktorudur.
2010-cu ildə dosent, 2019-cu ildə professor adını almışdır.
1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. Hazırda AMEA Folklor İnstitutunda Mifologiya şöbəsinin müdiridir.
Folklorşünaslıq, mifologiya, ritualşünaslıq və ədəbiyyatşünaslıq sahələri ilə baglı 14 kitabın, 300-dək məqalənin müəllifidir.

Kitabları:


1. İslam Ağayev: ömür və yaradıcılıq etüdləri. Bakı: “Tural-Ə” NPM, 2002, 121 s.

2. Nizami poeziyası: Mif-Tarix konteksti. Bakı: “Ağrıdağ”, 2003, 211 s.

3. Oğuz mifinin paradiqmaları. Bakı: “Səda”, 2004, 199 s.
4. Yaddaş və şəxsiyyət. Bakı: “Səda”, 2004, 130 s. (M.Həkimovla birgə)

5. Oğuz mifi və Oğuznamə eposu. Bakı: “Nurlan”, 2007, 181 s.

6. Folklorlaşan alim ömrü. Bakı: “Nurlan”, 2007, 197 s.

7. Azərbaycan folklorşünaslıq tarixi və Sədnik Paşa Pirsultanlı. Bakı: “Nurlan”, 2008, 212 s.

8. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı: “Nurlan”, 2008, 188 s.

9. Oğuz mifologiyası. Bakı: “Nurlan”, 2009, 363 s.

10. Əbülqazi “Oğuznamə”sində mif və ritual. Bakı: “Nurlan”, 2013, 172 s.

11. Müasir Azərbaycan folklorşünaslığı. 2 cilddə, I cild. Bakı: “Nurlan”, 2013, 364 s.

12. Muğanlıda Novruz karnavalı. Tiflis: “Tbiliselebi”, 2014, 103 s.

13. Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi. Bakı: “Elm və təhsil”, 2015, 436 s.

14. Ustad-namə. Naxçıvan: “Nuh”, 2016, 107 s. (R.Babayevlə birgə)