DƏDƏ QORQUD ŞÖBƏSİ - Aynurə Sadıq qızı Səfərova
Aynurə Sadıq qızı Səfərova 25 iyul 1976-cı ildə Neftçala rayonunda anadan olmuşdur. 1982-1993-cü illərdə Neftçala rayonu Xolqaraqaşlı kənd orta məktəbində təhsil almışdır. 1994-1998-ci illərdə Bakı Asiya Universitetinin Filologiya fakültəsində, 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, universiteti Fərqlənmə diplomu ilə bitirmişdir.
2002-ci ildən AMEA Folklor İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Hazırda həmin İnstitutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisidir, filologiya üzrə fəlsəfə doktorudur. 2016-cı ildə Əməkdar elm xadimi, professor Kamran Əliyevin rəhbərliyi ilə “Neftçala-Salyan folklor mühiti” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 20-yə yaxın elmi məqalənin müəllifidir. Respublika və beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
Ailəlidir. İki övladı var.