DƏDƏ QORQUD ŞÖBƏSİ - Səbinə Müzəffər qızı İsayeva
SƏBİNƏ MÜZƏFFƏR QIZI İSAYEVA
f.ü.f.d., dosent aparıcı elmi işçi
1980-ci il yanvarın 25-də Bakı şəhərində anadan olub.
1997-ci ildə 56 saylı orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2001-ci ildə həmin fakültənin bakalavr, 2004-cü ildə magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda kiçik elmi işçi kimi başlamışdır. Daha sonra elmi işçi, böyük elmi işçi vəzifələrinə qədər yüksəlmişdir.
2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun dissertantı olmuş, 2010-cu ildə “Aşıq Şəmşirin yaradıcılığı” adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.
2016-cı ildən aparıcı elmi işçi vəzifəsində çalışır.
30-dan artıq elmi məqalənin müəllifi, bir neçə kitabın elmi redaktorudur. “Aşıq Şəmşirin poetikası” adlı monoqrafiyanın müəllifi, “Gədəbəy folklor örnəkləri” (I cild) kitabının tərtibçilərindən biridir.