KLASSİK FOLKLOR ŞÖBƏSİ - Mətanət Yaqub qızı Yaqubqızı

Mətanət Yaqubqızı 3 mart 1963-cü ildə Oğuz rayonunda anadan olmuşdur. 1980-ci ildə Oğuz rayonunda yerləşən 2№-li orta məktəbi bitirmişdir. 1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1988-1989-cu illərdə təyinatla Oğuz rayonunun Mollalı kənd 8-illik məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1989-1990-cı illərdə Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1990-1997-ci il tarixində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuşdur.
1997-2000-ci illərdə Abituriyent hazırlığı kurslarında Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır.
2001-ci ildən AMEA Folklor İnstitutunda keçirilən attestasiyaların nəticəsinə əsasən 2001-ci ildə еlmi işçi, 2005-cı ildə böyük еlmi işçi vəzifələrinə layiq görülmüşdür.
2004-cü ildə “Azərbaycan folklorunun regional xüsusiyyətləri (Şəki-Zaqatala folklor nümunələri əsasında)” namizədlik dissеrtasiyası müdafiə еtmiş, 12 aprel 2005-ci ildən filologiya üzrə fəlsəfə doktorudur.
9 fevral 2018-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi adı almaq üçün “Azərbaycan mərasim folklorunun semiotikası” mövzusunda doktorluq işi götürmüşdür.
30 aprel 2014-cü ildən aparıcı elmi işçi, dosentdir. 4 kitab və 60-a yaxın məqalə və tеzislərin müəllifidir.
Ailəlidir, iki qızı, bir nəvəsi vardır.