FOLKLOR VƏ YAZILI ƏDƏBİYYAT ŞÖBƏSİ - Radə Mərdan qızı Abbasova

Radə Mərdan qızı Abbasova
İş telefonu /faks: (+994 12) 492-92-48/107
Telefon: (+994 50) 533-21-91

Qısa bioqrafik məlumat:

21 mart 1961-ci il tarixində Beyləqan rayonunda anadan olmuşdur.

1968-1978-ci illərdə Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə adına 2 saylı orta məktəbdə təhsil almışdır.

1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur.

 

Əmək fəaliyyəti:

01 sentyabr 1983-cü il tarixində AMEA Naxçıvan Elm Mərkəzinin Folklor şöbəsində böyük laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

24 oktyabr 1989-cu ildən 24 oktyabr 1990-cı ilə qədər AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi təkmilləşmə kursu keçmişdir.

2017-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin elmi işçisidir.

2019-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. “Romantizm ədəbi cərəyanı və folklor (Hüseyn Cavid və Əbdülhəq Hamid yaradıcılığı əsasında)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası üzərində çalışır.

 

Elmi əsərlərinin siyahısı:

  1. Əbdülhəq Hamid Tarhanın dram əsərlərində məcburi evlilik motivi və folklor. “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusu. Bakı, 2019/2 (55), s. 102-112
  2. Əbdülhəq Hamid Tarhanın əsərlərində qiyafətdəyişmə motivinin folklor semantikası. “Dədə Qorqud” elmi-ədəbi toplusu. Bakı, 2020 / 2, s. 114-121
  3. Hüseyn Cavid yaradıcılığına Tofiq Fikrət və Əbdülhəq Hamid yaradıcılığının təsirləri. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası. Dövri-elmi jurnal. Bakı, 2021, № 1, s. 29-39
  4. Əbdülhəq Hamid Tarhanın yaradıcılığına Tənzimat dönəmi kontekstində baxış. Azərbaycan Milli Elmlər Akademiyası Filologiya və sənətşünaslıq, Bakı, 2022/1, s. 144-150
  5. Əbdülhəq Hamid və Hüseyn Cavid yaradıcılığında yalançı nişanlı motivi. Filologiya məsələləri. Bakı, Elm və təhsil, 2022/11, s. 239-247
  6. Hüseyn Cavid və Əbdülhəq Hamid yaradıcılığında mələk obrazının folklor-mifoloji semantikası (rus dilində). Colloqium-journal. №1 (160), 2023, s. 48-52
  7. “Balalara hədiyyə kitabında” şamanizm ünsürləri. “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda respublika elmi konfransının materialları. Bakı, 2023, s. 227-241