NƏŞRİYYAT ŞÖBƏSİ - Mahir Allahverdi oğlu Cavadov

27 fevral 1959-cu ildə Zəngilan rayonunda anadan olmuşdur. 1976-cı ildə Zəngilan rayonu 1 saylı orta məktəbi bitirmişdir. 1981-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuş, 1987-ci ildə təhsilini başa vurmuşdur.
1976-1983-cü illərdə “Bulla” Dəniz Kəşfiyyat qazma idarəsi neftçi, qazmaçı köməkçisi, 1983-1989-cu illərdə Xəzər hərbiləşdirilmiş hissəsi döyüşçü dəstə komandirinin müavini, 1989-1992-ci illərdə “Yeni fikir”,”Azad Azərbaycan”, “ Fəryad” “Sərhəd” qəzetlərində müxbir, məsul katib vəzifələrində işləmişdir. Publisistik məqalələri, şeir və hekayələri ilə mütəmadi olaraq mətbu orqanlarda çıxış etmişdir.
1992-ci ilin oktyabr ayından 2016-cı ilədək Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində (MTN) hərbi xidmət etmiş, leytenant rütbəsində sıravi əməkdaşdan polkovnik rütbəsində şöbə rəisi vəzivəsinədək yüksəlmiş, bir sıra mükafatlara layiq görülmüşdür. 2015-ci ildə silahlı qüvvələrin ehtiyatına buraxılmışdır.
Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Yazıçılar Birliyi Zəngilan şöbəsinin rəhbəridir.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2020-ci ildə AMEA Folklor İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 2023-cü ildən AMEA Folklor İnstitutunun Nəşriyyat şöbəsinin müdiridir.
Ailəlidir, 3 övladı var.
Kitabları:
1. “Sərhədə sərhədsiz sevgiylə” (Heydər Əliyev haqqında xatirələr). Bakı: Şirvannəşr, 1997, 32 səh.
2. “Bir ovuc vətən torpağı” (şeir və hekayələr). Bakı: “Zərdabi” LTD, 2009, 168 səh.
3. “Riad” (poema). Bakı: Qismət, 2011, 120 səh.
4. “Riad” poeması əsasında radiopyes. Azərbaycan Radiosu, 45 dəq.
5. “Misra-misra ürəyimi yazıram” (şeirlər). Bakı: “Zərdabi” LTD, 2014, 2016
6. “Qardaşlar” (şeirlər). Bakı: Gənclik, 2018, 160 səh.
Redaktoru və tərtibçisi olduğu kitablar:
1. Ziya Yusif-zadə. “Böyük insan”. Azərbaycan Dövlət Nəşriyyatı, 2014, 288 səh. (tərtibçi və ön söz)
2. “Ulu Öndər tərtərlilərin yaddaşında”. Bakı: “Letterpress”, 2011, 152 səh. (redaktor və son söz)
3. Cəlal Qasımov. “Repressiya ensiklopediyası”. Bakı: “İmza” Nəşrlər evi, 2022, 216 səh. (redaktor)
4. Nurəddin Ədiloğlu. “XXI əsrin qəhrəmanı”. Bakı: “CBS-PP”, 2023, 296 səh. (redaktor)
5. “Erməni terror” (9 dildə). Bakı: “Qismət” nəşriyyatı, 2005 (tərtibçi)
6. Esmira Orucova “Bizi əsirlikdən qurtarın” (2 dildə). Bakı: “Qismət” nəşriyyatı, 2006, 680 səh. (redaktor)
Dövrü mətbuatda dərc olunmuş məqalələri
№ | İşin adı | İşin növü | Nəşriyyat, jurnall və s. | İşin həcmi |
1 | 2 | 3 | 4 | 5 |
1. | Dedim: Dəniz, sən kiminsən?! | Publisistika | “Gənclik” jurnalı, fevral, 1989 | 4 səh. |
2. | Şərəfli həyat yolu | məqalə | “Respublika” 14.02.2014 | 5 səh. |
3. | Ermənilərin ən böyük bəlası | məqalə | “Azərbaycan” qəzeti, 18.12.2020 | 6 səh. |
4. | Türk dünyasına samballı töhfə | məqalə | 525-ci qəzet 24.02.2020 | 9 səh. |
5. | Tənqid qərəzsiz olmalıdır | məqalə | 525-ci qəzet 24.12.2020 | 3 səh. |
6. | Fransızsayağı demokratiya” | məqalə | 525-ci qəzet 03.11.2020 | 5 səh. |
7. | Böyük İnsan | ön söz, tərtib | Kitab, 2014 |
|
8. | “Erməni terroru” | tərtibçi | kitab, 9 dildə |
|
9. | “Dərdi yazmaq dərdi” | məqalə | “Söz adamı” kitabı Bakı,2015 | 5 səh. |
10. | “Sərhədə sərhədsiz sevgiylə” | Kitab | Şirvannəşr, 1997 Letterpress, 2009 | 32 səh. |
11. | S.Qasımova: Heydər Əliyev tərtərlilərin yaddaşında | Ön söz | Kitab, Letterpress. 2012 | 2 səh. |
12. | Ziya Yusif-zadə: “Böyük insan” | Ön söz, tərtibat | Kitab,“Vətən” nəşriyyatı, 2013 | 5 səh. |
13. | Hərbi həkim, vətənpərvər şair, ləyaqətli redaktor | məqalə | “Xəzan” jurnalı 2018/1(13) | 3 səh. |
14. | “Xəzan” da poeziya çalarları, mövzu rəngarəngliyi | məqalə | “Xəzan” jurnalı 2017.5(11) | 4 səh. |
15. | Dərdini unuda bilməyib getdi | məqalə | “Ədəbiyyat” qəzeti 14.03. 2015 | 2 səh. |
16. | Biz birlikdə güclüyük | məqalə | “Vətən səsi” qəzeti, noyabr, 2020 | səh. |
17. | Böyük uğurlarınmçətin yolları | məqalə | Vətən səsi qəzeti, aprel 2021 | 5 səh. |
18. | Kişilər | məqalə | “Sərhəd” 1995 | 8 səh. |
19. | Yaxın-uzaq Naxçıvan | məqalə | “Sərhəd” 1994 | 9 səh. |
20. | Rənglərin nikbinliyi | məqalə | “Abşeron” qəzeti, 1989 | 4 səh. |
21. | Ziddiyyətlər məngənəsində | məqalə | “Sərhəd” qəzeti, 1998 | 6 səh. |
22. | Adına layiq | məqalə | Zəngilanın səsi qəzeti, 10.2016 | 4 səh. |
23. | Ssenarini həyat verib | məqalə | “Yeni fikir” qəzeti, 1990 | 2 səh. |
24. | “Ana gözlərində bir dərya kədər” | məqalə | MTN qəhrəmanları, kitab 2005 | 6 səh. |
25. | Andına sadiq | məqalə | “Zəngilanın səsi” qəz., 10 2019 | 3 səh. |
26. | Teledebat, yoxsa?... | məqalə | 525-ci qəzet, 30.04.2021 | 6 səh. |
27. | Mənim əsgər balalarım | hekayə | Azərbaycan Ədəbiyyatı. “Bayraq” hekayələr toplusu, 2022, səh. 113 | 7 səh. |
Elmi mənbələrdə dərc olunmuş məqalələri:
1. “Aşıq sənəti xalq həyat tərzinin güzgüsüdür” Beynəlxalq konfrans materialı, 2021
2. “Aşıq Şakir, dövrünün ustad sənətkarı”. Filologiya məsələləri jurnalı, № 15, 2022, səh. 306
3. “Yaddaşımıza işıq salan Cəlal Qasımov” – “Cəlal Qasımov: həyatını milli yaddaşın oyanışına həsr etmiş alim”. Bakı: Elm və təhsil, 2023, səh. 123
4. Dəyər verdiyi bir ömür yaşadı. 525-ci qəzet, 14 yanvar 2022
5. “Cavid möcüzəsi”. Kamran Əliyevin baxışlar sistemində - “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan. Bakı: Elm və Təhsil, 2023, səh. 265
6. Hər zaman heyrətləndirməyi bacaran lider – Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti, Bakı: Elm və təhsil, 2023
7. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında xeyir və şər motivləri. “Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” Beynəlxalq Elmi konfransın materialları. Bakı, 21-22 iyun 2021-ci il, səh. 282
8. “Kamran Məmmədovun tədqiqatında Qasımbəy Zakir yaradıcılığının tarixi aspektləri” – “Kamran Məmmədov – 100, Şifahi və yazılı ədəbiyyatımızın görkəmli tədqiqatçısı. Bakı: Elm və təhsil, 2023, səh. 108