FOLKLOR NƏZƏRİYYƏSİ ŞÖBƏSİ
“FOLKLOR NƏZƏRİYYƏSİ” ŞÖBƏSİNİN BAŞLICA TƏDQİQAT İSTİQAMƏTLƏRİ
Son yüzillikdə folklorun sürətlə transformasiyası və yeni formalarının meydana çıxması fonunda folklor nəzəriyyəsi sahəsində də yeni konseptual yanaşmalara və əsaslı tədqiqatlara ehtiyac yaranmışdır. Belə bir nəzəri-metodoloji baza olmadan XXI əsrin mürəkkəb hadisələri olan şəhər folklorunun, rəqəmsal folklorun və digər müasir təzahürlərin elmi səviyyədə öyrənilməsi mümkün deyildir. Bu kontekstdə aşağıdakı əsas tədqiqat istiqamətləri müəyyən edilmişdir:
- Nəzəri-metodoloji bazanın formalaşdırılması
Əsas prioritet tədqiqat sahəsi dünya folklorşünaslığında mövcud olan müasir nəzəriyyələrin (poststrukturalizm, performans nəzəriyyəsi, mediya nəzəriyyələri, mədəni transfer və transnasional yanaşmalar və s.) Azərbaycan folklor materiallarına tətbiqinin metodoloji imkanlarını araşdırmaqdan ibarətdir. Bu proses milli-mənəvi dəyərlər sisteminə uyğun şəkildə, folklorun zamanın tələbləri çərçivəsində yenidən konseptuallaşdırılmasını zəruri edir. Folklorun dəyişən təbiətini izah edən orijinal nəzəri modellərin yaradılmasına ehtiyac vardır. Bu modellər virtual folklor, neofolklor, dini folklor, reklam və marketinq folkloru kimi yeni sahələri əhatə etməlidir. Məsələn, internet memlərinin, viral məzmunun və sosial-media hekayəçiliyinin janr statusunun müəyyən edilməsi, onların quruluş, məzmun və funksiya xüsusiyyətlərinin təhlili üçün möhkəm nəzəri çərçivə təmin edilməlidir.
Müxtəlif mədəniyyətlər arasında baş verən mədəni transfer proseslərinin folklorik materialların formalaşmasına və transformasiyasına təsir mexanizmlərini öyrənmək də folklore nəzəriyyəsinin başlıca vəzifəsidir.
- Sosial-antropoloji kontekstdə tədqiqat sahələri
Folklora sosial-antropoloji yanaşma ilə münasibət tədqiqat sahələrinin müəyyənləşməsində əsas amil olmalıdır. Bunu üçün B.Malinowski və A.Radcliffe-Brown kimi sosial antropoloqlar, həmçinin F.Boas və D.Ben-Amos, R.Bauman, H.Glassie kimi elm adamlarını nəzəri əsərləri əhəmiyyət kəsb edir.
Bu çərçivədə ilk tədqiqat sahəsi folklor və texnologiya münasibətlərinə həsr olunmalıdır. Əsas diqqət rəqəmsal mühitdə yaranan folklorun spesifik xüsusiyyətlərinə, onun yayılma dinamikasına, reproduksiya və adaptasiya mexanizmlərinə yönəldilməlidir.
İkinci əsas tədqiqat sahəsi folklor janrlarının transformasiyası problemindən ibarətdir. Ənənəvi folklor janrlarının müasir sosial-mədəni kontekstdə struktur və funksional dəyişikliklərə məruz qalması, həmçinin şəhər əfsanələri, dedi-qodular, bazar folkloru kimi yeni janr və yarımjanrların formalaşması prosesləri nəzəri səviyyədə dərindən təhlil edilməlidir.
- Tədqiqatın nəzəri paradigmaları və prioritet sahələri
Azərbaycan folklorunun tədqiqi, sadəcə nağılları, əfsanələri, dastanları, lətifələri və mahnıları toplamaqdan ibarət deyil. Əksinə folklorun mahiyyətini dərindən anlamağı, onun nəzəri-metodoloji əsaslarını mənimsəməyi və müəyyən prioritet istiqamətlərdə araşdırmalar aparmağı tələb edir. Bu yanaşmaya görə Azərbaycan folklorşünaslığında əsas anlayışlar bunlardır:
– Folklorun mahiyyəti və folklor nəzəriyyəsinin əhəmiyyəti.
– Folklor ənənəsi. Bu, folklor nümunələrinin yarandığı və yaşadıldığı, yəni keçmişlə bu gün arasında körpü prosesidir.
– Variativlik və kontaminasiya.
– Janrformalaşma. Folklor janrları zamanla kollektiv şüurun və cəmiyyətin ehtiyaclarına görə formalaşır.
– İmprovizasiya. Azərbaycan folklorunda söyləyicinin hadisələrə öz münasibətini və yaradıcılığını qatması.
– Sinkretizm problemləri. Erkən folklor nümunələri həm musiqini, həm rəqsi, həm də sözü özündə birləşdirirdi.
– Sublimasiya üsulu. Bu, bir hissin, duyğunun və ya ideyanın folklor mətnində simvolik və ya alleqorik şəkildə ifadə olunmasıdır. Məsələn, igidlik idealı sublimasiya olunaraq verilir.
– Təsvir və üslub. Hər bir folklor nümunəsinin özünəməxsus təsvir və üslub xüsusiyyətləri, təkrarlar və sabit epitetlər folklor üslubunun əsas elementləri kimi öyrənilir.
– Zaman və məkan. Folklor mətnlərindəki zaman və məkan anlayışları reallıqdan fərqlidir. “Bir zamanlar” və “uzaq uzaq diyarlarda” ifadələri reallıqdan kənar, universal bir mühit yaradır.
– Nitq stereotiləri. Folklor mətnlərində təkrar olunan sabit ifadələr, formullar və deyimlər nitqin axıcılığını və yadda qalmasını asanlaşdırır.
– Bədii sistem. Folklor mətnləri, digər bədii əsərlər kimi, öz simvolları, obrazları və məna qatları ilə bütöv bir sistem təşkil edir.
– Folklor tipologiyası. Folklor nümunələrini mövzu, janr və ya struktur baxımından qruplaşdırmaq və müqayisəli şəkildə öyrənməkdir.
- Mühit və transformasiya nəzəriyyəsi
Urbanizasiya proseslərinin folklorik ifa mühitinə, ifaçı-auditoriya qarşılıqlı əlaqəsinə və kommunikativ kontekstə təsir mexanizmlərinin təhlili əsas tədqiqat sahələrindən biridir. Bu çərçivədə, ənənəvi ifa mühitinin transformasiyası nəticəsində dezinteqrasiyaya uğrayan və ya tamamilə yox olan folklor formaları ilə yanaşı, şəhər mühitinə spesifik olan yeni folklor nümunələrinin meydana çıxması prosesləri sistemli şəkildə öyrənilməlidir. Bunu üçün a) Psixologiya: Yung və von Franz (arxeip nəzəriyyəsi), b) Antropologiya: van Gennep və Turner (keçid mərasimləri). Burada internet, şəhər əfsanələri və mədəniyyətin müxtəlif sahələrinə tətbiq oluna nəzəri baza diqqətə alınmalı (B.Ellis, H.Ellis Davidson, C.P.Estés və b.) və aşağıdakı aspektlərə diqqət yetirilməlidir:
– İfa kontekstinin virtualizasiyası, üzbəüz folklor ifasının virtual mühitlə (sosial şəbəkələr, onlayn platformalar) əvəzlənməsi və mətnin strukturuna, performans xüsusiyyətlərinə və məzmununa təsiri.
– Auditoriya anlayışının dəyişməsi, auditoriyanın sosial-mədəni heterojenliyinin artması və anonimliyin yaratdığı yeni kommunikativ modellərin tədqiqi.
– Konkret nümunələrin təhlili (məsələn, meyxana, internet folkloru, ictimai nəqliyyat, reklam və avtomobil yazıları və s.)
- Janr və morfologiya nəzəriyyəsi
Müasir dövrdə yeni yaranan folklor formalarının struktur xüsusiyyətlərinin və onların ənənəvi janrlarla qarşılıqlı əlaqəsinin müəyyən edilməsi əsas vəzifədir. Janr nəzəriyyəsi (Antti Aarne, S.Thompson başlayıb daha sonra Hans-Jörg Uther, A.Dundes), morfologiya nəzəriyyəsi (V.Propp, sonra A.Dundes, M.Lüthi və b.) baxımından aşağıdakı məsələlər prioritet kimi qiymətləndirilməlidir:
– Yeni janrların (şəhər əfsanələri, qeyri-adi hadisə hekayələri, UFO, kriptidlər, ayxana dedi-qoduları, sosial şayiələr və müasir memoratlar) morfoloji təsnifatını aparmaq və funksional xüsusiyyətlərinin araşdırılması.
– Siyasi, dini (Xalq İslamı, ziyarətgah folkloru, Kərbəla folkloru) və etnik kontekstdə yaranan yeni mifoloji narativlərin (neomifologiyaların) təhlili və onların ictimai şüurun formalaşmasında ifa etdiyi rol öyrənilməlidir.
- İfa və sosial funksiya nəzəriyyəsi
Folklorik hadisəni yaradan və onu qəbul edən subyektlərin (ifaçı/auditoriya) sosial-demoqrafik, psixoloji və gender xüsusiyyətləri əsasında folklorun performativ aspektlərinin tədqiqi üçün nəzəri model işlənilməlidir. Burada B.Malinowski, A.Radcliffe-Brown, D.Hymes, R.Bauman, R.D.Abrahams və b. nəzəri əsərləri əsas alınmalıdır.
Qadın folklorunun gender aspektdən tədqiqi; həmçinin, qadın təbabəti və şamanlığı ilə bağlı olan folklorik fiqurların (əbə/həbə, baxıcı, falçı) sosial-mədəni kontekstdəki yeri və funksiyalarının araşdırılması. Unudulmuş sənət və peşələrin (dulusçuluq, dəmirçilik, həsirçilik, qalayçılıq və s.) folklor kontekstində öyrənilməsi; ənənəvi tibbin (xalq həkimliyi, türkəçarələr) folklor sistemindəki yerinin öyrənilməsi.
- Folklorun mədəni mühitlə qarşılıqlı əlaqəsi nəzəriyyəsi
Folklorun mədəni mühitlə qarşılıqlı əlaqəsi nəzəriyyəsi, folklorun təkcə mətn kimi deyil, onu yaradan, daşıyan və dəyişən mədəni kontekstin bir parçası kimi öyrənilməsi deməkdir. Bu nəzəri yanaşma, folklorla cəmiyyət arasındakı qarşılıqlı, dinamik əlaqəni önə çıxarır. Bu baxımdan folklorun müasir media mühitində yenidən istehsalı, adaptasiyası və yayılması prosesləri üçün nəzəri çərçivə yaradılmalıdır. Bu aspekt iki əsas istiqaməti əhatə edir:
- Media və folklore. Televiziya serialları, kino və digər kütləvi informasiya vasitələrində xalq ədəbiyyatı motivlərinə, dini rəvayətlərə və mifoloji arxetiplərə istinadların təhlili.
- Uşaq folkloru və sosializasiya. Yox olmaqda olan ənənəvi uşaq oyunlarının toplanması, sistematizasiyası və təhlili. Bu material əsasında uşaq və gənclər arasında folklorun sosializasiya və tərbiyəvi funksiyasının necə həyata keçdiyi, mədəni dəyərlərin və kollektiv yaddaşın nəsildən-nəsilə ötürülmə mexanizmləri nəzəri səviyyədə öyrənilməlidir.
- Folklorşünaslıqda multidissiplinar tədqiqat
Müasir folklorşünaslığın inkişafı fənlərarası yanaşmanı prioritet edir. Folklor nəzəriyyəsi, özünün çoxşaxəli təbiətini tam şəkildə açmaq üçün sosiologiya, psixologiya, antropologiya, dinlər tarixi, linqvistika, media və rəqəmsal mədəniyyət tədqiqatları kimi sahələrlə sıx əlaqədər tədqiq edilməlidir.
“Folklor nəzəriyyəsi” şöbəsi, yuxarıda qeyd olunan nəzəri yanaşmaları koordinasiya edərək, Azərbaycan folklorşünaslığının müasir elmi tələblərə cavab verməsinin önünü açmalıdır.
ƏMƏKDAŞLAR
Füzuli Xeyrulla oğlu Gözəlov
Füzuli Xeyrulla oğlu Gözəlov
Şöbə müdiri
İş telefonu /faks:
(+994 12) 492-92-48
Telefon:
(+994 55) 778-78-63
E-poçt:
fuzulibayat58@gmail.com
Tahir Talıb oğlu Orucov
Tahir Talıb oğlu Orucov
Aparıcı elmi işçi
İş telefonu /faks:
Telefon:
(+994 50) 356-73-75
E-poçt:
tahiroruclu@gmail.com
Çiçək Abid qızı Əfəndiyeva
Çiçək Abid qızı Əfəndiyeva
Aparıcı elmi işçi
İş telefonu /faks:
(+994 12) 433-19-32
Telefon:
(+994 55) 709-10-34
E-poçt:
cicek71@mail.ru
Mahir Allahverdi oğlu Cavadov
Mahir Allahverdi oğlu Cavadov
Elmi işçi
İş telefonu /faks:
Telefon:
(+994 55) 311-05-99
E-poçt:
mahcavadli@gmail.com
İlahə Məhəmməd qızı Gözəlova
İlahə Məhəmməd qızı Gözəlova
Mütəxəssis
İş telefonu /faks:
Telefon:
(+994 50) 692-67-76
E-poçt:
ilahaturan@gmail.com
İlahə Azər qızı Qasımova
İlahə Azər qızı Qasımova
Elektronçu
İş telefonu /faks:
(+994 12) 492-92-48
Telefon:
(+994 55) 696-89-32
E-poçt:
qasimovailahe159@gmail.com
Səbinə Vasif qızı Ağamədova
Səbinə Vasif qızı Ağamədova
Böyük laborant
İş telefonu /faks:
(+994 12) 498-16-21
Telefon:
(+994 55) 914-22-17
E-poçt:
aqamedovsebine@gmail.com
Nigar Hümmət qızı Abdullayeva
Nigar Hümmət qızı Abdullayeva
Böyük laborant
İş telefonu /faks:
(+994 12) 492-93-14
Telefon:
(+994 50) 777-98-00
E-poçt:
imamaliyevanigar@gmail.com
Türkay Qurban qızı Mehdiyeva
Türkay Qurban qızı Mehdiyeva
Böyük laborant
İş telefonu /faks:
Telefon:
E-poçt:
mehdiyevaturkay@gmail.com