FOLKLOR STUDİYASI - Əlisəfdər Əli oğlu Məmmədov

17 mart 1968-ci ildə Ucar rayonunun Qəzyan kəndində anadan olmuşdur.
1975-1985-ci illərdə Ucar rayon Qəzyan kəndinin 2 nömrəli məktəbində orta təhsilini alıb.
1978-1983-cü illərdə Ucar rayon musiqi məktəbinin qarmon şöbəsində musiqi üzrə təhsil alıb.
1986-1988-ci illərdə hərbi xidmətə olub.
1988-2002-ci illərdə Ucar rayon Qəzyan kənd Mədəniyyət evində kütləvi işlərin təşkilatçısı və bədii rəhbər vəzifəsində işləyib.
2002-2005-ci illərdə Əbilov adına Mədəniyyət Evində fəaliyyət göstərən rəqs dərnəyində konsertmeystr vəzifəsində çalışıb.
2006-2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstutunun nəzdində olan “İrs” folklor ansamblında işləyib.
2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Folklor studiyasına operator vəzifəsinə təyin olunub.