FOLKLOR STUDİYASI
Folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması məqsədilə AMEA Rəyasət Heyyətinin 15/14 saylı, 15 oktyabr 2014-cü il tarixli qərarı ilə Folklor İnstitutunun nəzdində Folklor studiyası yaradılmış, Studiyaya ayrıca yer ayrılmış və müasir texniki avadanlıqla təmin edilmişdir.
Folklor studiyası Azərbaycan milli mədəniyyətində mühüm yer tutan aşıq sənəti, xüsusən dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və bu ifaçılığı əvəzsiz bir sənət sahəsi olaraq gələcək nəsillərə ötürmək məqsədilə silsilə musiqi albomları – “Azərbaycan xalq dastanları” hazırlamağa başlamışdır. Bu silsilədən ilk albomda dastan ifaçılığına örnək olaraq Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanlarından əsas hissələr yer almışdır. Alboma Azərbaycan aşıqlarının dastan yaradıcılığı haqqında üç dildə məlumat kitabçası əlavə edilmişdir.
2015-ci ildə İnstitut Azərbaycan musiqi folklorunun təbliğı sahəsində “Azərbaycan xalq dastanları” adlı ikinci albom-disk hazırlamışdır. Üç dildə məlumat kitabçası ilə buraxılan növbəti albom-disklərdə dastan ifaçılığına örnək olaraq “Abbas və Gülgəz”, “Məsum və Diləfruz”, “Aşıq Alının Türkiyə səfəri” dastanları daxil edilib.
2015-ci ildə İnstitutun Folklor studiyası Quba rayonunda yaşayan dağ yəhudilərinin tarixi, etnoqrafiyası, folkloru və adət-ənənələri ilə bağlı “Quba yəhudiləri” adlı 33 dəqiqədən ibarət sənədli film çəkmişdir.
2016-cı ildə İnstitutun Folklor Studiyası Azərbaycan musiqi folklorunun təbliğı ilə bağlı “İrs” folklor ansamblının repertuarını əks etdirən 2 CD-dən ibarət albom hazırlamışdır. Disklərə xalq mahnıları, muğam və təsniflər, eləcə də xalq ruhunda olan bəstəkar mahnıları daxil edilmişdir.
2016-cı ildə Folklor studiyası “Keçmişini unutma” layihəsinin “Kitabi -Dədə Qorqud” və “Koroğlu” dastanlarından seçmələri əks etdirən CD albom hazırlamışdır.
ƏMƏKDAŞLAR
Mahir Mübariz oğlu İbrahimov
Mahir Mübariz oğlu İbrahimov
Studiya rəhbəri
İş telefonu /faks:
(+994 12) 571-77-85
Telefon:
(+994 55) 373-55-55
E-poçt:
mahir-agp@mail.ru
Qasım Gəncalı oğlu Nağıyev
Qasım Gəncalı oğlu Nağıyev
Rejissor
İş telefonu /faks:
(+994 12) 571-77-85
Telefon:
(+994 50) 559-40-61
E-poçt:
qasim_nagi@mail.ru
İffət Məzahir oğlu Əsgərov
İffət Məzahir oğlu Əsgərov
Səs rejissoru
İş telefonu /faks:
(+994 12) 571-77-85
Telefon:
(+994 51) 255-40-04
E-poçt:
iffet.asgarov@gmail.com
Əlisəfdər Əli oğlu Məmmədov
Əlisəfdər Əli oğlu Məmmədov
Operator
İş telefonu /faks:
(+994 12) 571-77-85
Telefon:
(+994 55) 774-49-91
E-poçt:
alimemmedov6868@gmail.com