FOLKLOR STUDİYASI - Mahir Mübariz oğlu İbrahimov

2 dekabr 1974-cü ildə Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur. 1989-1993-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda təhsil alıb. Tələbə olduğu müddətdə (1991-1993) Bakı İnşaatçılar Mədəniyyət Sarayında musiqi rəhbəri vəzifəsində çalışıb. 1993-1997-ci illərdə hərbi xidmətdə olub. Ordubad şəhər musiqi məktəbində tar müəllimi vəzifəsini icra edib (1997).
1998-2002-ci illərdə Bakı Musiqi Akademiyasının xor-dirijorluq fakültəsini bitirib. 1999-cu il “Körpəm” Eksperimental Uşaq Teatrının bəstəkarı olub.
2002-ci ildə Bakı şəhər Mədəniyyət İdarəsinin Uşaq Teatrının musiqi rəhbəri təyin olunub. Bir çox uşaq tamaşalarının musiqilərini bəstələyib.
2005-ci ildə “ART Global Production” (AGP) şirkətini yaradıb, direktoru olub.
“AGP” şirkəti filmlərin çəkilişi, musiqi aranjimanı, səsyazma, bəstə, dublyaj və digər xidmətlərlə məşğul olur.
“AGP” şirkətinin çəkdiyi və şəxsən musiqilərinin üzərində işlədiyi filmlər:
“Atama deyərəm”, “Əlamət”, “Əziz dost”, “Hesab”, “Nümunəvi şagird”, “Peşə”, “Rüşvət”, “Vərdiş”, “Çətin yol”, “Məzə”, – Uşaq satirik kino-jurnalı (2005).
“Milçək Ağakərim” – bədii film (2006).
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və rəhbəri olduğu “AGP” şirkəti ilə birgə “Karvan” musiqili layihəsini, fransalı musiqiçilərlə Paris şəhərində işlənməsi və aranjimanını həyata keçirib (2007).
2010-cu ildə rəhbəri olduğu “Art Global Production” “Bu meydan Bu ekran” layihəsinin qalibi olub, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və “Səlnamə” studiyası ilə birgə “Onun ürəyi” qısa metrajlı filmini ərsəyə gətirib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, “Səlnamə” studiyasının istehsalı olan “Mən evə qayıdıram” bədii filminin direktoru olub (2011).
2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Azərbaycan folklorunu tanıtmaq məqsədi ilə “Azərbaycan Yallıları” layihəsini ərsəyə gətirib, lahiyənin rəhbəri olub.
(2012) – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rəhbəri olduğu “Art Global Prodakşn” “İşığa Doğru” qisa metrajlı filmini istehsal edib.
(2012-2013) – “Həyat Varsa” qısametrajlı film (110 bölüm) – Xəzər TV
(2013-2014) – “Səndən sonra” serial (16 seriya) – Xəzər TV
(2014-2015) – “Həyat Varsa” qısametrajlı film (16 bölüm) – Space TV
Televiziya musiqi layihələrində iştirakı
(2003-2012) – “Yeni Ulduz”, “Qızıl Duet”, “Azəri Star”, “Çal Çağır”, “Burda və İndi” və s. Televiziya layihələrinin musiqi rəhbəri olub.
(2015-2016) – Azərbaycanı təmsil etmək məqsədilə Almaniyanın Nürnberq şəhərində keçirilən konsertlərinə görə Diaspora tərəfindən fəxri ada və üzvünə layiq görülüb.
(2016) – Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Folklor studiyasının rəhbəri vəzifəsinə təyin olunub. Evlidir, üç övladı var.