İlkin Fariz oğlu Rüstəmzadə
İş telefonu /faks: (+994 12) 498-16-21
Telefon: (+994 55) 667-41-48
E-poçt: ilkinrustamzade@mail.ru

11 iyul 1979-cu ildə Ağdaş rayonunun Şəmsabad kəndində anadan olmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2007-ci ildə “Azərbaycan nağıllarının süjet göstə­ricisi (nəzəri və təcrübi problemlər)” mövzusunda filologiya üzrə fəlsəfə doktor­luğu dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyətinə 1997-ci ildə AMEA “Folklor Sarayı” Elmi-Mədəni Mər­kəzində (indiki Folklor İnstitutu) laborant kimi başlayıb. Daha sonra elmi işçi və böyük elmi işçi vəzifələrinə qədər yüksəlib. 2009-2011-ci illərdə AzərTAC-da Baş direktorun köməkçisi vəzifəsində çalışıb. 2012-ci ildən isə AMEA Folklor İnsti­tutunda “Folklorun toplanması və sistemləşdirilməsi” şöbəsinin müdiri vəzifəsində çalışır.

24-dən artıq elmi məqalə və kitabın müəllifidir.

Ailəlidir, bir qızı var.