KLASSİK FOLKLOR ŞÖBƏSİ - Rza Zeynal oğlu Xəlilov

Rza Zeynal oğlu Xəlilov
İş telefonu /faks: (+994 12) 498-16-21
Telefon: (+994 50) 430- 29-74

11 noyabr 1944-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1960-1962-ci illərdə fəhlə-gənclər orta məktəbində oxumaqla yanaşı M.F.Axundov adına Respublika kitabxanasında foto-laborant vəzifəsində işləmişdir.

Orta məktəbi bitirdikdən sonra – 1962-1968-ci illərdə S.M. Kirov adına ADU-nun (in­diki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində ərəb filolo­giyası (ərəb dili və ədəbiyyatı) ixtisası üzrə təhsil almışdır.

1966-1967-ci dərs ilində Qahirə Universitetində ərəb dilindən dil təcrübəsi keçmişdir.

1969-1971-ci illərdə İraqda ərəb dilindən tərcüməçi vəzifəsində işləmişdir.
1971-ci ildə İraqdan qayıtdıqdan sonra Azərbaycan SSR EA (indiki AMEA) Ni­zami adına Ədəbiyyat İnstitutunda folklorşünaslıq ixtisası üzrə aspiranturaya daxil olmuşdur.

1978-1982-ci illərdə Yəmən Ərəb Respublikasında Sovet səfirliyinin iqtisadi işlər üzrə müşavirinin aparatında tərcüməçi vəzifəsində işləmişdir. 1983-cü ildən Ədəbiyyat İnstitutunda işləməyə başlamışdır.

1989-cu ildə 10.01.09 – “Folklorşünaslıq” ixtisası üzrə “Azərbaycan və ərəb sehirli nağıllarında qəhrəman obrazları” adlı namizədlik dissertasiyasını müdafiə et­miş­dir.

1994-2001-ci illərdə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsinin Şərq dillər bölməsində işləmişdir. 2001-ci ildən “Folklor” Elmi-Mədəni Mərkəzində (2003-cü ildən AMEA Folklor İnstitutu) bö­yük elmi işçi, 2005-ci ildən aparıcı elmi işçi vəzifə­sin­də işləmişdir.

2013-cü ildən Klassik folklor şöbəsinin müdiridir.

 

MƏQALƏLƏRİ

 

• Azərbaycan sehirli nağıllarının zaman və məkanı haqqında, AŞXƏT, XIV, Bakı, 2003, s. 56-70.
• “Arvad ağısı” Azərbaycan folklorunun ilkin işlərindən biri, Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə, II Uluslararası Folklor konfransı, 17-21 mart 2004, s. 322-323.
• Bayatılar və manilər, Transliterasiya, ön söz və sözlüyün müəllifləri, Bakı, Səda, 2004, s. 60

“Azərbaycan folklorunun ilkin nəşrləri” (AFİN) seriyasından çap olunmuş kitablar:

  1. Atalar sözü. Tərtib edəni: Məmmədvəli Qəmərli. Transliterasiya və sözlüyün müəllifi Rza Xəlilov, “Ön söz”ün müəllifi İsrafil Abbaslı, elmi redaktoru Hüseyn İsmayılov, Bakı, “Səda”, 2003.
  2. Arvad ağısı. Tərtib edəni Mirzə Abbas Abbaszadə. Transliterasiya, “Ön söz”ün və sözlüyün müəllifi Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Səda”, 2004.
  3. Bayatılar və manilər. Transliterasiya və “Ön söz”ün müəllifləri Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Səda”, 2005
  4. Bəhlul Bəhcət. Sarı Aşığın bayatıları. Transliterasiya, “Ön söz”ün müəllifi Rza Xəlilov, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Səda”, 2006.
  5. “Aşıq Qərib”dastanı. Transliterasiya, “Ön söz”ün müəllifi Rza Xəlilov, elmi redaktoru Hüseyn İsmayılov, Bakı, “Səda”, 2005
  6. Folklor çələngi (XVII-XIX əsrlər əlyazmalarından seçmələr). Transliterasiya, mətnlərin hazırlanması, tərtib və ön sözün müəllifi İsrafil Abbaslı, elmi redaktorları Hüseyn İsmayılov, Rza Xəlilov, Bakı, “Nurlan”, 2003.
  7. Hənəfi Zeynallı. Azərbaycan atalar sözü. Transliterasiya edəni Rza Xəlilov, tərtib edənlər Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru Səbinə İsayeva, Bakı, “Elm və təhsil”, 2012
  8. Vəli Xuluflu. El aşıqları. Transliterasiya edib çapa hazırlayanlar Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Elm və təhsil”, 2013
  9. Hənəfi Zeynallı. Azərbaycan tapmacaları. Transliterasiya edib çapa hazırlayanlar Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru İsrafil Abbaslı, Bakı, “Elm və təhsil”, 2013
  10. Hümmət Əlizadə. Azərbaycan el ədəbiyyatı. Mətni çapa hazırlayan Sönməz Abbaslı, elmi redaktoru və ön sözün müəllifi İsrafil Abbaslı, Bakı, “Elm və təhsil”.2013
  11. Vəli Xuluflu. Tapmacalar.Transliterasiya edəni Rza Xəlilov, tərtib edənlər Rza Xəlilov, Afaq Xürrəmqızı, elmi redaktoru Muxtar Kazımoğlu, Bakı, “Nurlan”, 2013.
  12. Salman Mümtazın şəxsi fondundan folklor mətnləri. Transliterasiya və tərtib edənlər: Rza Xəlilov və Afaq Xürrəmqızı. Bakı, “Nurlan” 2013
  13. Bakı folklor örnəkləri 1-ci kitab. Tərtibçilər və ön sözün müəllifləri: Rza Xəlilov, Afaq Xürrəmqızı

Redaktor: İsrafil Abbaslı

Bakı, “Elm və təhsil”, 2014.

Dərbənd folklor örnəkləri 1-ci kitab.

Toplayanlar, tərtib edənlər: Məhərrəm Qasımlı, Oruc Əliyev, Rza Xəlilov.

Bakı, “Elm və təhsil”, 2019

Bakı folklor örnəkləri 2-ci kitab. Tərtibçilər: Rza Xəlilov, Afaq Xürrəmqızı

Bakı, “Elm və təhsil”, 2015.

SMOMPK: Azərbaycan folkloru materialları 1 cild.

Tərcümə və transliterasiya edən: Rza Xəlilov.

Tərtib edənlər və ön sözün müəllifləri:

Rza Xəlilov, Afaq Xürrəmqızı, Aynur Hüseynova.

Redaktor: Səbinə İsayeva.

Rəyçi: Güldanə Pənahova.

Bakı, Elm və təhsil, 2018.

SMOMPK: Azərbaycan folkloru materialları 2 cild.

Tərcümə və transliterasiya edən: Rza Xəlilov.

Tərtib edənlər: Rza Xəlilov, Afaq Xürrəmqızı, Aynur Hüseynova.

Rəyçi: Güldanə Pənahova.

Bakı, Elm və təhsil, 2019.