Müstəqilliyin bərpasından 35 il ötür

Müstəqilliyin bərpasından 35 il ötür

18 Oktyabr 2026, 09:09 / Mühüm hadisələr

Bu gün Azərbaycan öz tarixinin taleyüklü hadisələrindən birinin – dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub. Ötən dövr ərzində Azərbaycan mürəkkəb sınaqlardan keçərək siyasi, iqtisadi və hərbi baxımdan güclənib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirib.

AZƏRTAC Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar reportaj hazırlayıb. Reportajı təqdim edirik.