XƏBƏRLƏR
AMEA Folklor İnstitutunun əməkdaşı “Serhat Birikim TV” kanalına müsahibə verib
Türkiyənin Qars şəhərində keçirilən “Dünya Qarapapaq Türkləri Elmi Seminarı” və “Aşıq Ələsgər ilə Aşıq Şenlik adına Ozanlar Şöləni” çərçivəsində AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Ardahan vilayətinin Çıldır rayonunda Aşıq Şenliyin məzarını ziyarət edib və "Serhat Birikim TV" kanalına müsahibə verib.
İlhamə Qəsəbova müsahibəsində Aşıq Şenliyin Türk dünyasının ortaq mədəni yaddaşındakı yeri barədə fikirlərini bölüşüb. O, Aşıq Şenliyin yaradıcılığının Azərbaycan aşıq mühitində də geniş yayıldığını, onun irsinin bu gün də ustad-şəyird ənənəsi vasitəsilə yaşadıldığını vurğulayıb.
Müsahibəni təqdim edirik: