XƏBƏRLƏR
40
“Folklorşünasın səsi”: növbəti buraxılışın qonağı Leyla Məmmədova olub
08 İyul 2026, 09:12 / Folklorşünasın səsi
“Folklorşünasın səsi” layihəsinin növbəti buraxılışı yayımlanıb. Buraxılışın qonağı AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova olub.
Leyla Məmmədova çıxışında “Yuxu motivi: Əbdürrəhim bəy Haqverdiyevin hekayələri əsasında” mövzusundan bəhs edib. Alim folklorun yazılı ədəbiyyatın formalaşmasında mühüm rol oynadığını, Əbdürrəhim bəy Haqverdiyevin isə əsərlərində xalq inanclarını və folklor motivlərini bədii düşüncənin ayrılmaz hissəsinə çevirdiyini vurğulayıb.
Çıxışda qeyd olunub ki, yazıçının “Ayın şahidliyi”, “Röya”, “Xortdanın cəhənnəm məktubları” və “Seyidlər ocağı” hekayələrində yuxu motivi müxtəlif funksiyalar daşıyır. Yuxu bəzən qəhrəmanın daxili aləmini açan psixoloji vasitə, bəzən sosial tənqid və satiranın ifadə forması, bəzən isə xalq inanclarına söykənən bədii priyom kimi çıxış edir. Bu yanaşma Haqverdiyevin folklorla yazılı ədəbiyyat arasında möhkəm körpü yaratdığını göstərir.
Qeyd edək ki, video çəkiliş Folklor İnstitutunun Folklor Studiyası tərəfindən həyata keçirilib.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.

