XƏBƏRLƏR
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda keçirilən VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” Beynəlxalq Elmi Simpoziumu çərçivəsində xüsusi panel təşkil olunacaq.
Panel UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin sədri, tanınmış folklorşünas alim prof. Dr. Öcal Oğuzun iştirakı ilə 3 iyul 2026-cı il tarixində, saat 10:30–11:30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.
Paneldə folklorşünaslığın aktual istiqamətləri, türk dünyasının ortaq mədəni dəyərləri və gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq.
Paneldə iştirak etmək istəyən bütün maraqlı şəxslər dəvətlidir.
