Folklorşünas alimlər “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltif olunublar

Folklorşünas alimlər “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltif olunublar

01 İyul 2026, 16:39 / Mühüm hadisələr

Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres çərçivəsində türkoloji elmin və folklorşünaslığın inkişafına verdikləri töhfələrə görə bir qrup folklorşünas alim “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltif olunub.

Təltif olunanlar sırasında AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Sərxan Xavəri, AMEA Rəyasət Heyətinin elmi katibi, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayev, eləcə də AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər yer alıblar.

Alimlərə “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanları təqdim olunub.

Qeyd edək ki, xatirə nişanı Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin yaşadılması, türkoloji elmin inkişafına xidmət edən alimlərin fəaliyyətinin qiymətləndirilməsi və Türk dünyasında elmi-mədəni əməkdaşlığın təşviqi məqsədilə təsis edilib.