XƏBƏRLƏR
Folklor İnstitutunun direktoru Hikmət Quliyev “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltif olunub
Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres çərçivəsində türkoloji elmin inkişafına və Türk dünyası arasında elmi-mədəni əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermiş bir qrup alim və ictimai xadim “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltif olunub.
Təltif olunanlar sırasında AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev də yer alıb. Ona “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim edilib.
Qeyd edək ki, xatirə nişanı Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin yaşadılması, türkoloji araşdırmaların inkişafına verilən töhfələrin qiymətləndirilməsi və Türk dünyası arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə təqdim olunur.

