Folklor İnstitutunda Novruz süfrəsinin semantikası və kölgə oyunlarının janr xüsusiyyətləri araşdırılıb

Folklor İnstitutunda Novruz süfrəsinin semantikası və kölgə oyunlarının janr xüsusiyyətləri araşdırılıb

11 İyun 2026, 15:28 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynlinin “Novruz bayramında yemək rituallarının funksional semantikası” və şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sürəyya Əlizadənin “Türk və ərəb folklorunda kölgə oyunlarının janr xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib. 

İlk olaraq filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynli çıxış edərək Novruz bayramı türk xalqlarının ən qədim və zəngin mədəni ənənələrindən biri kimi yalnız təqvim bayramı deyil, həm də dərin simvolik məna daşıyanmərasim sistemi olduğunu qeyd etmişdir. Tədqiqatçının fikrinə görə, Novruzun yemək ritualları eyni zamanda xalqın dünyagörüşünü, təbiətə münasibətini, bolluq arzusunu və sosial birlik ideyasını özündə əks etdirən məkan kimi çıxış edir. Bu baxımdan türk xalqlarınınNovruzdahazırladıqları yeməklər təkcə qida deyil, müxtəlif mənalar daşıyan rəmzlərdir. Türk xalqlarında Novruz süfrəsihəm ümumi ortaq semantik qatlara malikdir, həm də ayri-ayrı xalqların coğrafi, iqtisadi, etnik xüsusiyyətlərinə uyğun fərqli çalarlar qazanmışdır. Şəhla Hüseynli türk xalqlarınının Novruz yemək rituallarında fərqli cəhətlərini də nəzərə çatdırmışdır.

Daha sonra şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sürəyya Əlizadənin “Türk və ərəb folklorunda kölgə oyunlarının janr xüsusiyyətləri” mövzusunda etdiyi məruzə dinlənilib. Tədqiqatçının fikrincə, Ərəbdünyasında məşhur olan kölgə oyunları, kölgə tamaşalarıxalq arasında çox geniş yayılmışdır. Qaynaqlarda kölgə oyununun mənşəyi, yaranma tarixi haqqında müxtəlif fikirlərə rast gəlmək mümkündür. Dünyada kölgə oyunlarının İndoneziyada yarandığı və ya Hindistan mənşəli olduğu söylənilir. Bəziləri bu oyunun Çindən çıxmış olduğunu irəli sürürlər. Kölgə oyunu istər İndoneziya, istər Hindistanda, istərsə də Çində yaranmış olsun, bu oyunun Qərbə Asiyadan gəldiyi fikri hakimdir. Bu oyun “Pərdə oyunu”, “Çadır oyunu” adı ilə bərabər “Qaragöz” adı ilə də məşhurlaşmışdır. Kukla-kölgə oyunu bir çox ərəb ölkələrində səhnələşdirilmişdir. Xüsusilə, Misir, Suriya, Əlcəzair, Tunis, Liviya və Mərəkeşdə kukla-kölgə oyunları daha çox inkişaf etmişdir.

Tədqiqatçı kölgə teatrının mətnləri şərq şəhərlərinin zəngin həyat abu-havasını bərpa etmək, xalq bayramlarının, yarmarkaların və milli adətlərin rəngarəng təsvirləri ərəb mədəni ənənələrinin öyrənilməsi üçün zəruri tarixi mətnlər olduğunu, eyni zamanda kölgə teatrının mətnlərini və süjetlərini sistemləşdirilməsində bir çox alimlərin səyləri olduğunu söyləmişdir.

Elmi seminar müzakirələrlə davam edib. Məruzələrdən sonra Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri fil.e.d., dosent Ağaverdi Xəlil, fil.ü.f.d., dosent Vəfa İbrahim, fil.ü.f.d., dosent Atəş Əhmədli, böyük elmi işçi Akifə Xəlilova, böyük elmi işçi Xəzangül Məmmədova, böyük elmi işçi Mətanət Xəlilova elmi seminarda təqdim olunan araşdırmalarla bağlı müxtəlif elmi fikir və qənaətlərini söyləmiş, tədqiqatçılara gələcək araşdırmalarında uğurlar arzulamışlar.