XƏBƏRLƏR
Folklor İnstitutunda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair tədbir keçirilib
14 may 2026-cı il tarixində AMEA Folklor İnstitutunda 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaların barədə çıxışlar edilib. Tədbiri İnstitutun Mülki Müdafiə Qərargah rəisi Elşad Quliyev aparıb. Tədbirdə institutun əməkdaşları iştirak ediblər.
Elşad Quliyev çıxışı zamanı əməyin mühafizəsinin iş prosesində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. O, texniki təhlükəsizlik qaydalarına əməl olunmasının iş mühitində yarana biləcək risklərin qarşısının alınmasında, əməkdaşların sağlamlığının qorunmasında və fövqəladə hallarda düzgün davranışın formalaşdırılmasında xüsusi əhəmiyyət daşıdığını bildirib.
Çıxış zamanı iş yerlərində mövcud ola biləcək risklər, elektrik və yanğın təhlükəsizliyi, mexaniki risklərdən qorunma üsulları, fərdi qoruyucu vasitələrdən istifadə qaydaları, eləcə də fövqəladə vəziyyətlər zamanı davranış prinsipləri barədə ətraflı məlumat verilib. Tədbirdə təhlükəsizlik qaydalarına riayət edilməsinin qəzaların qarşısının alınmasına və iş mühitinin daha təhlükəsiz təşkilinə xidmət etdiyi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





