AMEA Folklor İnstitutunun doktorantları beynəlxalq simpoziumda çıxış ediblər

AMEA Folklor İnstitutunun doktorantları beynəlxalq simpoziumda çıxış ediblər

12 May 2026, 09:30 / Mühüm hadisələr

7–9 may 2026-cı il tarixlərində Konya şəhərində keçirilən Uluslararası Selçuklu Türkiyat Lisansüstü Öğrenci Sempozyumunda AMEA Folklor İnstitutunun doktorantları iştirak ediblər.

Simpoziumda institutun doktorantı Amil Əzimli əyani formada iştirak edərək “Kanun kaçağından halk kahramanına: kaçak ve zeybek folkloru üzerine karşılaştırmalı bir analiz” (Qanun qaçağından xalq qəhrəmanına: qaçaq və zeybek folkloru üzərinə müqayisəli bir təhlil) mövzusunda məruzə ilə çıxış edib.

İnstitutun digər doktorantları Cəmilə Novruzova “Dijital ortamda yas: Azerbaycan türklerinin matem titüellerinin yeni uygulama biçimleri” (Rəqəmsal mühitdə yas: Azərbaycan türklərinin matəm rituallarının yeni icra formaları), Aytəkin Zeynalova “Türk halkları folklorunda yemek kültü ve sembolik anlamı” (Türk xalqları folklorunda yemək kultu və simvolik mənası), Elfanə Cəərçiyeva isə “Efsanelerde tabu ihlali ve ceza: Kolektif etik belleğin folklorik mekanizmaları” (Əfsanələrdə tabu pozuntusu və cəza: Kollektiv etik yaddaşın folklorik mexanizmləri) mövzularında onlayn formatda məruzələr təqdim ediblər.

Məruzələrdə Türk xalqları folklorunun müxtəlif istiqamətləri, ritual ənənələrinin müasir transformasiyası, kollektiv yaddaş, xalq qəhrəmanlığı və simvolik mədəniyyət məsələləri araşdırılıb.

Qeyd edək ki, simpoziumda çıxış edən məruzəçilər Folklor İnstitutunun 2025-ci il üzrə doktorantlarıdır. Təqdim edilən mövzular isə sosial-antropoloji folklorşünaslıq istiqamətində araşdırmaların ilkin nəticələridir.