Türkiyəli qonaqlar AMEA Folklor İnstitutunda olub

Türkiyəli qonaqlar AMEA Folklor İnstitutunda olub

07 May 2026, 16:01 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunda Türkiyədən gələn qonaqlar – T.C. Kültür ve Turizm Bakanlığı Bakanlık müşaviri Alirıza Özdemir və Ankara Hacı Bayram Veli Universiteti müəllimi, Doç. Dr. Özlem Özdemir olub.

İnstitutun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev qonaqları səmimi şəkildə qarşılayaraq müəssisənin elmi fəaliyyəti, əsas tədqiqat istiqamətləri və folklorşünaslıq sahəsində görülən işlər barədə məlumat verib.

Alim son dövrlər folklorşünaslıq sahəsində aparılan tədqiqatların ənənəvi yanaşmalardan fərqli, sosial-antropoloji və sosial-mədəni metdologiyaya əsaslandığını, bu sahədə Türkiyə folklorşünaslığının təcrübəsindən də bəhrələnildiyini qeyd edib.

Görüşdə Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat da iştirak edərək Azərbaycan folklorunun nəzəri problemləri və müasir elmi yanaşmalar barədə fikirlərini bölüşüb.

Qonaqlar Türkiyədə aparılan folklor tədqiqatları, xüsusilə Alevi-Bektaşi mədəni irsinin öyrənilməsi və qorunması istiqamətində görülən işlər barədə məlumat veriblər.

Görüşün sonunda direktor Hikmət Quliyev qonaqlara Folklor İnstitutunun nəşrlərini təqdim edib, qonaqlar da öz növbəsində təmsil etdikləri qurumların elmi kitablarını Folklor İnstitutuna hədiyyə ediblər.