XƏBƏRLƏR
AMEA Folklor İnstitutunda kitab təqdimatı və elmi seminar keçiriləcək
07 may 2026-cı il tarixində saat 14:30-da AMEA Folklor İnstitutunun iclas zalında tanınmış musiqişünas, bəstəkar və publisist Elmir Mirzəyevin müəllifi olduğu “Zwischen Moderne und Archaik”: Transregionale Spannungen in der Musikkultur Aserbaidschans im 20. Jahrhundert (Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər) adlı kitabın təqdimatı və eyni mövzuda elmi seminar təşkil olunacaq. Tədbir hibrid formatda – həm əyani, həm də onlayn şəkildə baş tutacaqdır.
Seminarda XX əsr Azərbaycan musiqi mədəniyyətində arxaik və müasir elementlərin qarşılıqlı münasibətləri, dini və sekulyar müstəvilərdə inkişaf dinamikası, həmçinin şərq-avrasiya və qərb-avropa mədəni əlaqələri kontekstində formalaşan transregional təsirlər müzakirə ediləcəkdir.
