XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı Xuraman Kərimova dosent adına layiq görüldü
28 aprel 2026-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xuraman Daşdəmir qızı Kərimovaya elmi fəaliyyətə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 aprel 2026-cı il tarixli qərarı ilə filologiya elmləri elm sahəsinin 5719.01 - Folklorşünaslıq ixtisası üzrə dosent elmi adı verilmişdir.
Qeyd edək ki, X.Kərimova ixtisas üzrə 2 monoqrafiyanın, 40-dan çox elmi məruzə və məqalənin müəllifidir.
X.Kərimovanı təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq!

