XƏBƏRLƏR
Folklorşünasın səsi: yeni buraxılışın ilk qonağı Rza Xəlilov olub
AMEA Folklor İnstitutunda elmi fəaliyyətin daha geniş kütləyə çatdırılması məqsədilə yeni video-buraxılış – “Folklorşünasın səsi” layihəsinə start verilib. Layihə çərçivəsində folklorşünas alimlərin aktual mövzular ətrafında fikir və mülahizələri ictimaiyyətə təqdim olunur.Qeyd edək ki, videoçəkilişlər Folklor İnstitutunun Folklor Studiyası tərəfindən həyata keçirilir.
Buraxılışın ilk qonağı filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov olub. O, çıxışında Azərbaycan folklorunun öyrənilməsi və nəşri tarixində mühüm yer tutan “Azərbaycan folklorunun ilkin nəşrləri” haqqında ətraflı məlumat verib.
Alim qeyd edib ki, bu nəşrlər folklor nümunələrinin toplanması, sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsində xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, həmin nəşrlər Azərbaycan folklorşünaslığının formalaşması və inkişaf mərhələlərinin izlənilməsi baxımından da dəyərli mənbə kimi çıxış edir.
“Folklorşünasın səsi” buraxılışının əsas məqsədi milli-mənəvi irsimizin elmi əsaslarla təbliği, folklorşünaslıq sahəsində aparılan tədqiqatların daha geniş auditoriyaya çatdırılmasıdır.
Qeyd edək ki, layihə çərçivəsində növbəti buraxılışlarda da tanınmış alim və tədqiqatçıların iştirakı nəzərdə tutulur.