Folklor İnstitutun alimi Milli Azərbaycan Tarixi Muzeyində məruzə edib

Folklor İnstitutun alimi Milli Azərbaycan Tarixi Muzeyində məruzə edib

10 Aprel 2026, 11:46 / Əməkdaşlıq
9 aprel 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində “Bir dastanın yaddaşı – bir xalqın tarixi” adlı tədbir təşkil olunub. Tədbir Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsi və Bakı Biznes Universitetinin Humanitar Elmlər kafedrası ilə birgə əməkdaşlıq çərçivəsində baş tutub. Tədbirdə AMEA Folklor İnstitutunun “Mifologiya” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Şakir Albalıyev “Kitabi-Dədə Qorqud”: müqəddimə işığında görünənlər” mövzusunda məruzə edib. Məruzəçi dastanın milli-mənəvi dəyərlərin formalaşmasında rolundan bəhs edərək, eposun obrazları ilə atalar məsəllərinin müasir filoloji tədqiqatlarla müqayisəli təhlil edib və tədrisdəki əhəmiyyətində diqqət ediləcək məqamları vurğulayıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.