Folklor İnstitutunun əməkdaşı Vüsalə Nəsibova dosent adına layiq görüldü

Folklor İnstitutunun əməkdaşı Vüsalə Nəsibova dosent adına layiq görüldü

25 Mart 2026, 21:06 / Mühüm hadisələr

19 mart 2026-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Mifologiya şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Vüsalə Roma qızı Nəsibovaya elmi fəaliyyətə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05 mart 2026-cı il tarixli qərarı ilə filologiya elmləri elm sahəsinin 5719.01 - Folklorşünaslıq ixtisası üzrə dosent elmi adı verilmişdir.
Qeyd edək ki, V. Nəsibova ixtisas üzrə 2 monoqrafiyanın, 30-dan çox elmi məruzə və məqalənin müəllifidir.
V. Nəsibovanı təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq!