AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev "İki sahil" qəzetinə müsahibə verib

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev "İki sahil" qəzetinə müsahibə verib

12 Fevral 2026, 00:08 / Müsahibələr, çıxışlar

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev “İki sahil” qəzetinə verdiyi müsahibədə institutun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin əsas istiqamətlərindən bəhs edib. Müsahibədə folklorun yalnız keçmişin irsi deyil, yaşayan və dinamik mədəni yaddaş kimi öyrənilməsinin vacibliyi vurğulanıb.

Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur folklorunun toplanması, sistemləşdirilməsi və nəşri istiqamətində görülən işlər xüsusi qeyd olunub. Direktor beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, folklor irsinin xarici dillərə tərcüməsi və beynəlxalq elmi dövriyyəyə çıxarılması məsələlərinə də toxunub. Müsahibədə rəqəmsallaşma, Milli Rəqəmsal Folklor Verilənlər Bazasının yaradılması və süni intellektin tətbiqi perspektivləri diqqətə çatdırılıb. Həmçinin Folklor İnstitutunun yaxın illər üçün strateji hədəfləri və yeni elmi layihələri barədə məlumat verilib.

Müsahibə ilə tanış olmaq üçün link.