AMEA Folklor İnstitutunun gənc alimləri mükafatlandırıldı

AMEA Folklor İnstitutunun gənc alimləri mükafatlandırıldı

04 Fevral 2026, 09:34 / Konfranslar, İclaslar

AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə elmi və ictimai fəaliyyəti ilə fərqlənən bir qrup gənc alim və mütəxəssis Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təltif olunub. Mükafat alanlar arasında AMEA Folklor İnstitutunun gənc əməkdaşı da yer alıb.

Folklor İnstitutunun doktorantı və kiçik elmi işçisi Cəmilə Novruzova “İlin gənc alimi” diplomu ilə təltif edilib.

Eyni zamanda 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Heydər Əliyevin gənclər siyasəti və müasir gənclik” mövzusunda təşkil edilən tədbirdə AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səadət İbrahimli iştirak edərək “Heydər Əliyevin gənclər siyasətinin əsas prinsipləri” adlı məruzə ilə çıxış edib. Tədbirdə Səadət İbrahimli Yasamal rayon Gənclər və İdman sektorunun Fəxri Fərmanı ilə təltif edilib.

Qeyd edək ki, AMEA-da gənclərin elmi fəaliyyətinin stimullaşdırılması, onların intellektual potensialının inkişafı və elmi mühitə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Folklor İnstitutunun gənc alimlərinin qazandığı bu nailiyyətlər institutda formalaşmış sağlam elmi mühitin və gənclərə göstərilən diqqətin bariz nümunəsidir.