XƏBƏRLƏR
Folklor İnstitutunun böyük elmi işçisi fəlsəfə doktoru dərəcəsinə layiq görülüb
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mifologiya şöbəsinin elmi işçisi, Nərmin Ramiz qızı Babayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 dekabr 2025-ci il tarixli qərarı ilə 5719.01 – Folklorşünaslıq ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Qeyd edək ki, alimin müdafiə etdiyi “Azərbaycan folklorunda etioloji miflərin semantikası” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası üzrə bir sıra yerli və xarici jurnallarda əsərləri nəşr edilib.
Bu elmi uğura görə Nərmin Babyevanı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!