Direktor: Bu il Folklor İnstitutunda 4 problem istiqaməti üzrə 63 tədqiqat işi yerinə yetirilib

Direktor: Bu il Folklor İnstitutunda 4 problem istiqaməti üzrə 63 tədqiqat işi yerinə yetirilib

17 Dekabr 2025, 12:22 / Mühüm hadisələr

Bu il AMEA-nın Folklor İnstitutunda 12 elmi şöbə tərəfindən 4 problem istiqaməti üzrə 9 mövzunu əhatə edən 63 tədqiqat işi yerinə yetirilib.

AZƏRTAC xəbər verir ki, bunu Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Elmi şuranın 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabata həsr olunmuş iclasında söyləyib. Hesabatı təqdim edən direktor bildirib ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən, Folklor İnstitutunun elmi tədqiqat şöbələrinin cari il üzrə hesabatlarının müzakirəsinə noyabr ayından etibarən başlanılıb. Bu il ilk dəfə olaraq, şöbələrin hesabatları Elmi şuranın genişləndirilmiş iclaslarında – hibrid formatda institut kollektivinin birgə müzakirəsi şəraitində dinlənilib.