XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı Elnarə Əmirli dosent adına layiq görüldü
5 dekabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Türk xalqları folkloru” şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnarə Hüseyn qızı Əmirliyə elmi fəaliyyətə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 noyabr 2025-ci il tarixli qərarı ilə filologiya elmləri elm sahəsinin 5719.01 - Folklorşünaslıq ixtisası üzrə dosent elmi adı verilmişdir.
Qeyd edək ki, E.Əmirli ixtisas üzrə 2 monoqrafiyanın, 50-dən çox elmi məruzə və məqalənin müəllifi, 1 folklor materialları toplusunun toplayıcısı və tərtibçisi, 4 kitabın tərtibçisidir. E.Əmirlini təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq!