Folklor İnstitutunun alimi filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb

Folklor İnstitutunun alimi filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb

22 Noyabr 2025, 16:09 / Mühüm hadisələr

21 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Mifologiya” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Əlif oğlu Albalıyevə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 31 oktyabr 2025-ci il tarixli qərarı ilə 5719.01 - Folklorşünaslıq ixtisasında filologiya elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Qeyd edək ki, alimin müdafiə etdiyi “Azərbaycan xalq bayramlarının ritual-mifoloji əsasları və etnokulturoloji semantikası” mövzusunda doktorluq dissertasiyası üzrə bir sıra yerli və xarici əsərləri nəşr edilmişdir.

Bu elmi uğura görə Şakir Albalıyevi təbrik edir, yeni-yeni elmi yaradıcılıq uğurları arzulayırıq!