XƏBƏRLƏR
Elçin Qaliboğlu: Kalvalı Əli Dədə zurna–balaban sənətində ənənə yaradıcısı və onu yaşadan sənətkardır
Kalvalı Əli Dədə zurna–balaban sənətində həm ənənə yaradıcısı, həm də onu yaşadan sənətkardır. O, bu sənətdə özünəməxsus üslubunu qoruyub inkişaf etdirib.
Bunu AZƏRTAC-a açıqlamasında Kalvalı Əli Dədənin nəticəsi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu deyib.
Onun sözlərinə görə, Kalvalı Əli Dədənin yaradıcılığında iki əsas cəhət birləşir: Möhtəşəm döyüşkənlik və haray.
“Kalvalı Əli Dədə haqqında ilk nəşr 1984-cü ildə çıxıb. Son bir ildə isə, müxtəlif dillərdə üç yeni nəşr işıq üzü görüb. Bu nəşrlər onun yaradıcılığını öyrənmək üçün mühüm mənbələrdir”,- deyə Elçin Qaliboğlu əlavə edib.