Folklor İnstitutunun direktoru Hikmət Quliyev “AMEA-nın Döş Nişanı” ilə təltif edilib

Folklor İnstitutunun direktoru Hikmət Quliyev “AMEA-nın Döş Nişanı” ilə təltif edilib

13 Noyabr 2025, 16:48 / Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclas Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində qarşıya qoyduğu vəzifələrin müzakirəsinə həsr olunub.

İclasda həmçinin elm sahəsində xidmətləri olan və 80 illik yubiley tədbirlərinin keçirilməsində fəal iştirak edən AMEA əməkdaşları təltif ediliblər.

Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə hazırlanmış “AMEA-nın Döş Nişanı” ilə təltif edilib.