Folklor İnstitutunun əməkdaşı "Mədəniyyət" televiziya kanalının "Türk yurdu" proqramının qonağı olub

Folklor İnstitutunun əməkdaşı "Mədəniyyət" televiziya kanalının "Türk yurdu" proqramının qonağı olub

24 Sentyabr 2025, 14:12 / Müsahibələr, çıxışlar

20 sentyabr 2025-ci ildə Dövlət televiziyasının "Mədəniyyət" kanalının "Türk yurdu" proqramında  AMEA Folklor İnstitutunun "Mərasim folkloru və Milli Kulinariya ənənəsi" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə çıxış etmişdir. Alim proqramın məzmununa uyğun olaraq  AMEA Folklor İnstitutunda nəşr olunan "Oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturu" adlı monoqrafiyasından bəhs etmiş, türk xalqlarının mədəniyyəti, folkloru, mifologiyası, tarixi mövzusunda əhatəli kontekstdə geniş müsahibə vermişdır.  Oğuz epik sistemindən bəhs olunan proqramda A.İslamzadə elmi-kütləvi auditoriyaya epos strukturunun, folklor və tarix arasındakı əlaqələrin əhəmiyyətli izahını vermiş, "Dədə Qorqud kitabından bərpa etdiyi leksik-semantik mətn laylarının xüsusi əhəmiyyətini tamaşaçıların diqqətinə çatdırmışdır.  Proqramda oğuznamələr kontekstində  türk xalqlarının etnik-kulturoloji həyat tərzinə də ciddi şəkildə toxunulmuşdur. Əməkdaşımız Oğuz epik sisteminin mükəmməl sistem olduğunu xüsusi olaraq vurğulamış, bu istiqamətdə ciddi elmi nailiyyətlərdən də bəhs etmişdir.