Folklor İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib

Folklor İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib

15 Sentyabr 2025, 10:41 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib. İmtahanda 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə 5 nəfər və iddiaçı iştirak edib.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin müvafiq məktubuna əsasən, Folklor İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanının keçirilməsi üçün komissiya yaradılıb. İmtahan Komissiyasının sədri – AMEA-Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, üzvləri – institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru, professor, Füzuli Bayat, filologiya elmləri doktoru, professor Əfzələddin Əskər, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, filologiya üzrə fəlsəfə doktoru, Nizami Adışirinovdur.

İmtahandan öncə Komissiyanın sədri, filologiya elmləri doktoru Hikmət Quliyev Folklor İnstitutunun əsas fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər və görülən işlər haqqında məlumat verib. Alim diqqətə çatıdırıb ki, İnstitutun qarşısında duran əsas hədəf bir tərəfdən ölkənin mədəni-mənəvi inkişafından irəli gələn, digər tərəfdən isə, müasir dünyanın çağırışlarından qaynaqlanan vəzifələrin həyata keçirilməsidir. Xüsusilə də yüksək keyfiyyətli ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi fəaliyyət sahəsinə cəlb edilməsi qarşıda duran məqsədlərə nail olunması işində mühüm əhəmiyyət kəsb edir. Alim sonda iddiaçıların hər birinə imtahanda müvəffəqiyyətlər arzu edib.