XƏBƏRLƏR

Folklor İnstitutunun əməkdaşları IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında çıxış ediblər
AMEA Folklor İnstitutunun əməkdaşları – Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova və Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova 24-31 may 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında çıxış ediblər.
M.Məmmədova festival çərçivəsində təşkil olunan “Türk ədəbiyyatı” panelində “Azərbaycan və Anadolu folklorunda keçid ritualları”, “Şimali Kipr paneli”ndə “Kipr türklərinin toy adət-ənənələri”, A.İbrahimova isə “Özbəkistan ədəbiyyatı” panelində “Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələri” mövzularında məruzələrini təqdim ediblər.