XƏBƏRLƏR

Folklor İnstitutunun əməkdaşları beynəlxalq konqresdə məruzə ediblər
12-16 may 2025-ci il tarixlərində Skopyedə Beynəlxalq Rumeli Sosial Elmlər Konqresi keçirilib. İstanbul Rumeli Universitetinin təşəbbüsü və Şimali Makedoniyada yerləşən Beynəlxalq Balkan Universitetinin ev sahibliyi ilə reallaşan konqres müxtəlif beynəlxalq tərəfdaş universitetlərin dəstəyi ilə sosial elmlər sahəsində çalışan alim və tədqiqatçıları bir araya toplayıb. Hibrid formatda keçirilən elmi tədbirdə sosial elmlərin müxtəlif sahələrinə dair məruzələr təqdim olunub.
Sözügedən konqresdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova moderatorluq etdiyi bölmədə “Azərbaycan və Makedoniya folklorunda doğum ritualları: ənənəvi üsullar və ictimai mənalar”, həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova isə “Novruz bayramı: Azərbaycan və Makedoniya folklorunda ənənəvi tətbiqlər və inamlar” mövzularında onlayn məruzə ediblər.