Folklor İnstitutunun əməkdaşı gənc alim və tədqiqatçıların respublika elmi konfransında məruzə edib

Folklor İnstitutunun əməkdaşı gənc alim və tədqiqatçıların respublika elmi konfransında məruzə edib

16 May 2025, 17:04 / Mühüm hadisələr

Mayın 15-də Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və AMEA-nın birgə təşkilatçılığı ilə faşizm üzərində qələbənin 80 illik yubileyinə həsr olunmuş “Faşizm üzərində qələbədə imzamız” mövzusunda gənc alim və tədqiqatçıların respublika elmi konfransı keçirilib. 

Konfransda ölkənin 11 ali təhsil müəssisəsinin bakalavr, magistratura, doktorantura pilləsində təhsil alan gənc alim və tədqiqatçı tərəfindən 35 elmi məruzə təqdim edilib.

Sözügedən tədbirə AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin əməkdaşı Nigar Abdullayeva da qatılıb. O, “İkinci Dünya müharibəsində azərbaycanlıların tarixi rolu” mövzusunda məruzə edib.