XƏBƏRLƏR
156

Folklor İnstitutunun professoru Trabzonda keçirilən beynəlxalq simpoziumda məruzə edib
13 May 2025, 11:21 / Mühüm hadisələr
8-10 may 2025-ci il tarixlərində Trabzon Universitetinin İnsan və cəmiyyət elmləri fakültəsinin təşkilatçılığı ilə “Yavuz Sultan Səlim: elm, düşüncə və sənət” mövzusunda beynəlxalq simpozium keçirilib. 3 qitənin 8 ölkəsinin 35 universitetindən olan 66 alim və tədqiqatçının məruzəsinin təqdim olunduğu simpoziumda AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat da iştirak edib. Alim simpoziumda “Çaldıran döyüşünün gerçək səbəbləri haqqında” mövzusunda məruzə ilə çıxış edib.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.