XƏBƏRLƏR

Folklor İnstitutunun əməkdaşının tədqiqatı “Türk dillərinin müqayisəli tədqiqi” kitabında yer alıb
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə yayınlanan “Türk dillərinin müqayisəli tədqiqi” adlı kitab işıq üzü görüb. Akademik Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlının hazırladığı bu kitabda Azərbaycan dili ilə yanaşı, türkmən, qaqauz, qazax, qaraqalpaq, qırğız, Altay, tatar, başqırd, Qaraçay-balkar, qumuq, özbək, uyğur, çuvaş, yakut dillərinin fonetik və leksik xüsusiyyətlərinə həsr olunmuş məqalələr və həmin dillərə aid lüğətlər tərtib edilib.
Kitabda, həmçinin Azərbaycanın qadın türkoloq alimlərinin əsərləri də verilib.
AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarın “Noqay dili” adlı məqaləsi və tərtib etdiyi “Noqay-Azərbaycan dili lüğəti” də sözügedən kitabda yer alıb.