Folklor İnstitutunun əməkdaşı ““Kitabi-Dədə Qorqud” dastanında milli-mənəvi dəyərlər” mövzusunda diskussiyada iştirak edib

Folklor İnstitutunun əməkdaşı ““Kitabi-Dədə Qorqud” dastanında milli-mənəvi dəyərlər” mövzusunda diskussiyada iştirak edib

16 Aprel 2025, 17:05 / Konfranslar, İclaslar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində M.Rahim adına 7 nömrəli tam orta məktəb kitabxanasının təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanında milli-mənəvi dəyərlərin müzakirəsinə həsr olunmuş diskussiya təşkil olunub.

Tədbirdə AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyar da iştirak edib. 

Diskussiya zamanı dastandakı qəhrəmanlıq, vətənə bağlılıq, ailə dəyərləri və milli kimlik mövzularından bəhs olunub. Şagirdlərin marağına səbəb olan görüş onların mədəni irsimizi daha dərindən tanımasına imkan yaradıb.