Folklor İnstitutunun dosenti Aşıq Şəmşirə həsr olunmuş tədbirdə iştirak edib

Folklor İnstitutunun dosenti Aşıq Şəmşirə həsr olunmuş tədbirdə iştirak edib

02 Aprel 2025, 16:00 / Konfranslar, İclaslar

Azərbaycan Yazıçılar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında Aşıq Şəmşirin anadan olmasının 132-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Cavid Qurbanov, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Jalə Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, şair, tədqiqatçı Adil Cəmil və digər ziyalılar, alimlər iştirak ediblər.

Tədbirə AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə İsayeva da qatılıb. Əməkdaşımız Aşıq Şəmşir irsinin tədqiqatçısı olaraq tədbirdə geniş çıxış edib, XX əsr aşıq poeziyasının görkəmli nümayəndələrindən olan Aşıq Şəmşirin yaradıcılığının səciyyəvi cəhətlərindən danışıb.