Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

18 Mart 2025, 17:30 / Müsahibələr, çıxışlar

Axşam düşür, həyətlərdə tonqallar qalanır, uşaqlar sevinc içində papaq atırlar, qapılar döyülür, qırmızı lentlər bağlanır. İnsanlar həyəcanla Novruza sayılı günlərin qaldığını hiss edir. Bütün bu gözəlliklər İlaxır çərşənbənin – Novruzun ən mühüm mərhələlərindən birinin gəlişindən xəbər verir. Bu gün təkcə ilin son çərşənbəsi deyil, həm də baharın, yeni başlanğıcın müjdəsidir.

AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev İlaxır çərşənbə ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.

Folklorşünas bildirir ki, xalq arasında axır çərşənbə “İlaxır çərşənbə”, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi”də adlandırılır. Axır çərşənbə Novruz çərşənbələri arasında ən dəyərlisi, qiymətlisidir. Qədim zamanlardan axır çərşənbə xalq arasında ən əziz günlərdən hesab edilib. İlaxır çərşənbə torpağın oyanması ilə bağlıdır. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.

Ətraflı olaraq linkə keçid edərək oxuya bilərsiniz.