XƏBƏRLƏR
71

Folklor İnstitutunun əməkdaşı Aşıq Şəmşirə həsr olunmuş sənədli filmdə çıxış edib
10 Mart 2025, 17:35 / Mühüm hadisələr
AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə İsayeva Naxçıvan televiziyasında yayımlanan “Mövzu musiqidir: Aşıq Şəmşir” adlı sənədli filmdə çıxış edib. O, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin həyat yolundan, yaradıcılığının səciyyəvi cəhətlərindən danışıb. Bildirib ki, Aşıq Şəmşir özünün zəngin poeziyası ilə XX əsr Azərbaycan aşıq şeirinin inkişafında müstəsna rol oynayıb və bununla da “Dədə” tituluna layiq görülən son nümayəndələrdən olub.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.