Folklor İnstitutunun əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konqresdə məruzə ediblər

Folklor İnstitutunun əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konqresdə məruzə ediblər

14 Fevral 2025, 16:59 / Konfranslar, İclaslar

07-09 fevral 2025-ci il tarixlərində Türkiyənin İzmir şəhərində II Beynəlxalq mədəniyyət, sənət və ədəbiyyat konqresi keçirilib. Konqresdə AMEA Folklor İnstitutunun əməkdaşları – Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Xalidə Məmmədova “Azərbaycan folkloru və “Kəlilə və Dimnə” əsərində rast gəlinən bəzi atalar sözlərinin bənzərliyi”, həmin şöbənin böyük elmi işçisi, fil.ü.f.d. Nizami Adışirinov ““Koroğlu” dastanında “Alı kişi” qolunun ritual kodu”, Mifologiya şöbəsinin aparıcı elmi işçiləri – fil.ü.f.d., dos. Məleykə Məmmədova “Qərbi Azərbaycan folklorunda nəzərin təsirindən qorunmaq üçün icra edilən rituallar” və fil.ü.f.d. Sevinc Qasımova “Azərbaycanda Novruz bayramı tamaşa ənənələri” mövzularında onlayn məruzə ediblər.