İnstitutumuzun Folklor studiyasında “Dastanlar unudulmasın” silsiləsi davam edir

İnstitutumuzun Folklor studiyasında “Dastanlar unudulmasın” silsiləsi davam edir

04 Fevral 2025, 14:00 / Mühüm hadisələr

Artıq bir neçə ildir ki, AMEA Folklor İnstitutunun Folklor studiyası ustad aşıqlarla yanaşı, gənc aşıqların ifasında “Dastanlar unudulmasın” silsiləsindən xalq dastanlarını lentə alır.

Fevralın 3-də Folklor studiyasında “Nəcəf və Pərizad” dastanı Aşıq Əli Zeynalabdinovun ifasında qeydə alınıb. Onu balabanda Əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov müşayiət edib.

Qeyd edək ki, Aşıq Əli Zeynalabdinov Kəlbəcər aşıq mühitinin nümayəndəsidir. Dastanların tərtibatçısı Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. İlhamə Qəsəbova, çəkilişin rejissoru isə Folklor studiyasının rəhbəri Mahir Ordubadidir.