XƏBƏRLƏR

Əməkdaşımız AzTV-yə Kiçik çillə ilə bağlı müsahibə verib
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Azərbaycan Televiziyasına (AzTV) Kiçik çillə ilə bağlı müsahibə verib. Müsahibədə bildirilib ki, artıq bu gündən Böyük çillə öz yerini Kiçik çilləyə verir. Kiçik çillənin ömrü 20 gündür. Keçmişdə Kiçik çillədə xalqın inamına görə müəyyən mərasimlər təşkil olunur və “çillə qarpızı” kəsilirdi. Bölgələrimizdə Kiçik çillənin birinci ongünlüyündə bolluq, bərəkət rəmzini ifadə edən Xıdır Nəbi bayramı bu gün də keçirilir.
Əməkdaşımız qeyd edib ki, Böyük çillədən fərqli olaraq Kiçik çillə daha dinamik, dəyişkəndir. Böyük çillədə hava mülayim olsa da, fevral ayının 19-dan 20-nə keçən gecəyə qədər davam edən Kiçik çillədə adətən daha sərt qış havası müşahidə edilir.